MTRŞ 2 milyonu 6 kanal arasında böləcək

19-05-2016, 20:22           

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib
MTRŞ-dan XəzərXəbər-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli Sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.