Dəhşətli qətl - Kişi arvadını yaba ilə öldürdü

15-05-2015, 22:05           
Dəhşətli qətl - Kişi arvadını yaba ilə öldürdü
Hadisənin səbəbi araşdırılır

Bu gün Kürdəmir rayonunda dəhşətli qətl törədilib.
Teref. info xəbər verir ki,Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Muğanlı kəndində 1973-cü il təvəllüdlü Qasımov Vəfa Rəhman oğlu həyat yoldaşı, 1975-ciildə anadan olmuş Qasımova Raifə Bəylər qızını yaba ilə qətlə yetirib.

42 yaşlı kişi kəndin yaxınlığındakı torpaq sahəsində arvadına yaba ilə çoxsaylı zərbələr endirib. Başından və bədəninin digər nahiyələrindən çoxsaylı deşilmiş xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, qətli törədən şəxs tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.