Tağı Əhmədov yeni vəzifəyə təsdiqlənib

16-05-2015, 08:34           
Tağı Əhmədov yeni vəzifəyə təsdiqlənib
Bir müddət əvvəl Tağı Əhmədov barəsində Axar.az-ın yaydığı xəbər təsdiqlənmək üzrədir. Son xəbərə görə, Bakı Metropoliteninin sabiq rəisi Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri seçilib. YAP rəhbərliyindəki mənbədən Hafta.az-a verilən məlumata görə, o, təxminən 20 gün əvvəl Yasamal rayon təşkilatının sədrinin əvəzləyicisi kimi təsdiqlənib. T.Əhmədovun xanımı açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib. YAP-ın Yasamal rayon təşkilatının sədri, keçmiş deputat 81 yaşlı Fikrət İsmayılov bu il martın 31-də dünyasını dəyişib. T. Əhmədov ötən ilin dekabrında YAP Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.