Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirib

9-04-2015, 10:25           
Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirib
Bakıda sərnişin avtobusunda ərin arvadını qətlə yetirməsinin bəzi detalları məlum olub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini, 47 yaşlı Fatma Şəmiyevanın həyat yoldaşı ilə problemləri olub. Onların münaqişələrinə tez-tez polis əməkdaşları müdaxilə etməli olublar.

Aprelin 8-də gecə saatlarında Namiq Məmmədov, Fatma Şəmiyeva və azyaşlı övladları avtobusla Xırdalandan Bakıya gəlirlərmiş. Avtobusda ər və arvad arasında mübahisə yaranıb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

00:12

Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və qətli törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Xəstəxanadan APA-ya bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.