“Transgate” MMC-nin 100 min manat vergi borcu var

21-05-2015, 21:21           
“Transgate” MMC-nin 100 min manat vergi borcu var
“Transgate” MMC-nin dövlətə 100 min manat civarında vergi borcu yaranıb. Bu barədə "Report"a şirkətdən məlumat verilib. Məlumata görə, vergi borcu yol vergisinə görə yaranıb:

"Biz avtobuslarda oturacaqların sayına görə olan vergini, yəni fərqlənmə nişanına görə olan verginin hamısını ödəmişik. Yalnız yol vergisinə görə borcumuz yaranıb ki, onu da tədricən ödəyirik. Təxminən 100 min manat civarında borcumuz qalıb".

Qeyd edək ki, "Transgate" MMC Nəqliyyat naziri Ziya Məmmədovun oğlu iş adamı Anar Məmmədova məxsusdur.
Xatırladaq ki, Vergilər Nazirliyi dövlət büdcəsinə borcu olan vergi ödəyiciləri ilə bağlı məlumat yayıb. Siyahıda adıçəkilən qurumlarla yanaşı, "Bakı" Futbol Klubu, "Azərsu" ASC-yə məxsus "Birləşmiş Sukanal" MMC və "Sutikinti" Müəssisəsi, habelə "Riad Farm" MMC-nin adı da var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.