Hacıbala Abutalıbov: “Yanmış binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək”

21-05-2015, 22:00           
Hacıbala Abutalıbov: “Yanmış binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək”
Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.

APA-nın məlumatına görə, H. Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var.

H. Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. O qeyd edib ki, bu binalara vurulmuş üzlüklər 10 gün ərzində söküləcək: “Bu materialın yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə 6 manat məbləğində olan kimyəvi məhlulun vurulmamasıdır”.

H. Abutalıbov həmçinin sakinlərə Nazirlər Kabinetinin qərarını oxuyub. O bildirib ki, həmin binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək: “Dəymiş ziyanla bağlı bu binada kirayədə yaşayanlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”.

H. Abutalıbov üzlük materiallarına nəzarət edən mühəndislərin də saxlandığını bildirib: “Saxlanılanların məsələsinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.