Şağan sakinləri nazirə niyə ağız açdılar - Ramil Usubova müraciət

9-04-2015, 10:53           
Şağan sakinləri nazirə niyə ağız açdılar - Ramil Usubova müraciət
Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə Sahə Massivində ardıcıl oğurluq hadisələri baş verir. Belə ki, bir müddət əvvəl gündüz saatlarında massivdə olan evlərin birində oğurluq hadisəsi baş verib. Bu barədə Xəzər rayon Polis İdarəsinə məlumat verilib. Amma hələlik nə araşdırma aparılır, nə də oğrular həbs olunur. Eyni ərazidə daha bir hadisə isə iki gün əvvəl baş verib.
Massiv sakinlərinin Bizimxeber.az-a verdiyi məlumata görə, ogrular bir gündə iki evə basqın ediblər. Ən dəhşətlisi odur ki, oğrular axşam saatlarında, hamının yatdığı zaman evə girirlər. Bu hal isə daha təhlükəli və insanlara həyatı təhlükə yaradır.
Ən qəribəsi odur ki, hələlik Xəzər rayon Polis İdarəsi ciddi əməli addımlar atmır, oğruların tutulması istiqamətində işlər aparmır. Görünən budur…. Hər halda oğrular azadlıqda gəzir və öz əməllərini davam etdirirlər.
Sakinlər həmçinin nazir Ramil Usubova müraciət edərək onların həyatını kabusa çevirən oğruların tapılaraq tutulmasını xahiş edirlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.