Yanan binada özbaşınalıq - VİDEO

22-05-2015, 21:58           
Yanan binada özbaşınalıq - VİDEO
Binaqədi rayonunda 14 binanın penoplast lövhələrlə üzlənməsi üçün heç bir müqavilə bağlanmayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin “Xəbərsizsiniz” verilişində Binəqədi rayonundan millət vəkili seçilmiş Rəfail Cəbrayılov bildirib.

Onun sözlərinə görə, fakt artıq istintaq səviyyəsində təsdiqlənib. Lakin bununla bağlı məsələ fundamental arışdırılmalıdır. “Məsələ ilə bağlı araşdırmalar davam edir və şübhəli şəxs qismiində 4 nəfər həbsə alınıb. Amma bununla belə, istintaqın nəticələrini gözləmək lazımdır. İstintaq nəinki hadisənin səbəblərini, həmçinin prosesin baş vermə şəraitini araşdıracaq”, - deyə Rəfail Cəbrayılov vurğulayıb.

Millət vəkili bildirib ki, binalar təmir olunmazdan öncə həmin lövhələr müvafiq qurumlar tərəfindən yoxlanılmayıb.

Tam versiya videoformatda:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.