Yanan bina sakini - “Paçka”larla pulum, qızıllarım oğurlanıb

23-05-2015, 00:16           
Yanan bina sakini - “Paçka”larla pulum, qızıllarım oğurlanıb
Yanan binanın yanmasına səbəb olan müəmmalar içərisindən günlər keçdikcə hər vətəndaş üçün də bir müəmma tapılır.


Belə ki, həmin binada yaşayan sakinlərdən biri Ayaz Yusifov Hafta.az-a açıqlamasında bildirib ki, bina yanarkən dəmir seyfin içindən onun qızıl – zinət əşyaları ilə yanaşı xeyli məbləgdə pulları da yoxa çıxıb. Ayaz bəyin dediyinə gorə mayın 19-da hadisə zamanı əşyaları içinə yığdığı seyf ağzı bağlı olub. Üstəlik seyf salamat qalsa da içindəki əşyalar itib:


“Uzun müddət uşaqlarımla Moskva bazarlarında işləyib pul qazanmışdıq. Pullarımızı manata çevirib ev almaq istəyirdik. Bu binada mənzil 6-da yaşayırdıq. Bina yanan gün “paçka”larla pulum, qızıllarım oğurlanıb, Dəmir seyfin içində onlar yana bilərdi? Oğurlayıblar. Heç izi də qalmayıb. Yansa belə külü qalardı. O da yoxdur. Üstəlik seyfin ozü də salamatdır. Bundan başqa, həmin pulların yanında 3 ədəd saat və gümüş, qızıl qolbaqlar, “brosletlər” də yoxa çıxıb. Kim aparıb bilmirəm. Çox yerə müraciət etmişəm. Baxan yoxdur. Bakı merinə dedim. Prokurorluq işçilərinə izahat yazdım. Hələ bir reaksiya yoxdur. Evdən isə heç nə çıxara bilməmişik”.

Bu ağır iddia ilə bağlı rəsmi strukturlardan da rəy öyrənməyə çalışırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.