Liftdə dəhşətli olay: uşağını xilas etdi, özü öldü – BAKIDA

25-05-2015, 11:31           
Liftdə dəhşətli olay: uşağını xilas etdi, özü öldü – BAKIDA
Hadisə 14 mərtəbəli binada baş verib. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə verib. Lent.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 «a» ünvanında yerləşən 14 mərtəbəli binanın 28-ci mənzilində yaşayan 1975-ci ildə anadan olmuş Mustafayev Elmar Davud oğlu övladı ilə birgə yaşadığı binanın 3-cü mərtəbəsində liftdə olarkən nasazlıq yaranıb. O, qapını açaraq əvvəlcə azyaşlı uşağını liftdən çıxarıb, daha sonra liftdən çıxmağa cəhd edərkən lift hərəkətə gəlib və E.Mustafayevin başı qapının arasında qalıb. 40 yaşlı kişi hadisə yerindəcə keçinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.