Etibar Babayevə yeni vəzifə verildi

25-05-2015, 22:31           
Etibar Babayevə yeni vəzifə verildi
“Space”nin keçmiş prezidenti Etibar Babayevə vəzifə verilib.

AzNews.az-a daxil olan məlumata görə, E.Babayev bu gün “Mədəniyyət” televiziyasına baş direktor təyin edilib.

E.Babayev AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib: “Mənim məsələdən xəbərim yoxdur. Ola bilər ki, təyin ediblər, amma mən hələ ki, məlumatsızam”.

Qeyd edək ki, Etibar Babayev bir neçə gün öncə AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən istefa vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.