Suraxanıda yanan evdən sahibəsinin meyiti tapıldı

26-05-2015, 10:52           

Azərbaycan paytaxtında yaşayış evi yanıb.


APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızının yanmış meyiti aşkar edilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.