Bakıda qardaş qardaşı güllələdi

26-05-2015, 11:11           
Bakıda qardaş qardaşı güllələdi
Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.