DİN-dən döyüldüyü iddia olunan sahibkarla bağlı açıqlama - "...əsassız və yalandır"

26-05-2015, 16:14           
DİN-dən döyüldüyü iddia olunan sahibkarla bağlı açıqlama - "...əsassız və yalandır"
Xəbər verdiyimiz kimi həbs olunan iş adamı Nizami Piriyevin vəkili müvəkkilinin təcridxanada işgəncəyə məruz qalması haqda mətbuata açıqlama verib. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyilənlərin yalan olduğunu bildirdi:
“Barəsində həbs-qətimkan tədbiri seçilən Nizami Piriyevin Müvəqqəti Saxlama Yerində guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur. DİN-in tabeçiliyində olan bütün müvəqqəti saxlama təcridxanalarında müasir standartlar hökum sürür, saxlanılan şəxslər vəkillə təmin olunur. Təcridxanalarımızda olan təqsirləndirilən şəxslərə yerli və beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndələri baş çəkir və bu haqda müsbət rəy bildiriblər. Nizami Priyevin döyülməsi haqda yayılan xəbərlər əsassız və yalandır”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.