Təhsil İdarəsi qalmaqallı videogörüntü ilə bağlı araşdırmalara başladı

30-06-2015, 21:04           
Təhsil İdarəsi qalmaqallı videogörüntü ilə bağlı araşdırmalara başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 45 saylı məktəbinin ingilis dili müəlliməsi, 50 yaşlı Ziyafət Nəbiyeva və 11-ci sinif şagirdi ilə bağlı sosial şəbəkələrdə yayımlanan qalmaqallı videogörüntüyə qiymət verəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hazırda məsələ ilə bağlı ilkin araşdırmalar aparılır.

Xatırladaq ki, həmin görüntüdə şagird müəlliməyə arxadan yaxınlaşaraq onu üzündən öpüb. İyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova həmin videogörüntünü əsas gətirərək Z.Nəbiyevanın işdən azad edilməsi üçün ərizə yazmasını istəyib. Direktor həmin müəlliməyə köçürmə yolu ilə başqa məktəbə getməsini təklif edib.

Z.Nəbiyeva videonun qışda çəkildiyini bildirərək ona qarşı səslənən ittihamları qəbul etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.