Zaqatalada babasıgilə gedən uşaq öldü

2-07-2015, 10:10           
Zaqatalada babasıgilə gedən uşaq öldü
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən axşam saat 22 radələrində rayonun 3-cü Tala kəndi ərazisində baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Musayev idarə etdiyi “VAZ 2114” markalı maşınla hərəkət edərkən yol kənarında velosipedlə gedən 2002-ci il təvəllüdlü Hacı Mehdiyevi vurub.

Qəza nəticəsində oğlan ağır yaralanıb. Onu Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Lakin həkimlərin səyinə baxmayaraq Hacı Mehdiyev dünyasını dəyişib.

Hadisəni törədən sürücü saxlanılıb. Məlum olub ki, Orxan Musayevin idarə etdiyi maşın əmisi Mübariz Musayevə məxsusdur. Yeniyetmə vurulan gecə babasıgilə gedirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.