Özünü tankın lüləsindən asmaq istədi - VİDEO

2-07-2015, 17:49           
Özünü tankın lüləsindən asmaq istədi - VİDEO
Rostov sakinləri bir kişinin uğursuz intihar cəhdinin şahidi olublar. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ussuriysk sakini, 25 yaşlı Fyodr şəhərin müdafiəsində iştirak edən tankçıların xatirəsinə postament üzərinə qoyulan T-34 tankın lüləsindən kəmərlə özünü asmaq istəyib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Primorski diyarından gələn gənc hərbi maşınını üstünə əlacsızlıqdan çıxıb. O, Rusiyanın cənubunda işə düzələ bilmədiyindən açıq-aşkar intihar etmək qərarına gəlib.

Polis əməkdaşları və xilasedicilər hadisə yerinə vaxtında gəliblər. Əgər tibb işçiləri onun ruhi xəstə olmadığı haqda arayış verərlərsə, 25 yaşlı gəncə qarşı “xuliqanlıq” ittihamı ilə cinayət işi qaldırılacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.