7 il 6 aydan sonra atasının həbsdən çıxan qatilini güllələdi

21-07-2015, 15:12           
7 il 6 aydan sonra atasının həbsdən çıxan qatilini güllələdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İlqar Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqiləşdirilib. Məhkəmə baxışı iyulun 28-ə təyin olunub.

Qətl hadisəsi 3 sentyabr, 2014-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsi, Dostluq küçəsində baş verib. Bakı şəhər sakini, 54 yaşlı Şaban Nəbiyev naməlum şəxs tərəfindən odlu silahdan açılan bir neçə atəş nəticəsində qətlə yetirilib.

Ertəsi gün qətli törədən şəxsin 1990-cı il təvəllüdlü İlqar Quliyev olması müəyyən edilib.

Məlum olub ki, qətlə yetirilən Şaban Nəbiyev 2007-ci ildə İlqar Quliyevin atası Ələsgər Quliyevi qətlə yetirib. Onların biznes ortaqlığı olub və münasibətlərin pozulması nəticəsində 2007-ci ilin yanvar ayında Sahil qəsəbəsindəki parkda Şaban Quliyev tanışını güllələyərək öldürüb. Həmin vaxt İntiqam Babayev adlı şəxs də güllə yarası alıb.

Törətdiyi cinayət əməlinə görə Ş.Nəbiyev həbs olunub və 7 il 6 aydan sonra həbsxanadan çıxıb. Atasının qatilinin azadlığa çıxdığını öyrənən 24 yaşlı İlqar Quliyev onu izləyib və “Vinçester” markalı tüfəngdən 3 dəfə atəş açaraq qətlə yetirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.