Əhəd Abıyev çıxarıldı, Fəttah Heydərov gətirildi

14-04-2015, 15:42           
Əhəd Abıyev çıxarıldı, Fəttah Heydərov gətirildi
Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilib.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bu məsələyə baxılıb.

Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyevin vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Milli Məclisin bu qərarı səsə qoyularaq qəbul olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.