Ermənilərin növbəti sayt təxribatı - FOTOLAR

15-04-2015, 13:15           
Ermənilərin növbəti sayt təxribatı - FOTOLAR
Ermənilər Azərbaycana qarşı növbəti təxribatını həyata keçirib.

AzVision.az-ın məlumatına görə, belə ki, NO-GENOCİDE.COM-un dizaynına bənzər factcheckarmenia.com adlı sayt yaradılıb. Saytdakı materiallar ilk baxışdan Azərbaycanın mövqeyini əks etdirirmiş kimi görünsə də, əslində, yalançı erməni soyqırımının təbliğatına hesablanıb. Materialların daxilində isə kifayət qədər erməni mövqeyini müdafiə edən yazılar var.

Saytın ana səhifəsindəki Ermənistan bayrağı olan möhür də diqqətdən yayınmır.

Digər məqam isə dünya tarixində baş vermiş ən amansız faciə olan Xocalı soyqırımı haqda erməniləri günahsız çıxartmaq üçün göstərilən canfəşanlıqdır. Materialda deyilir ki, Xocalı soyqırım deyil və hadisədə ermənilərin heç bir rolu olmayıb. Xocalı hadisəsini isə azərbaycanlılar törədib.

Saytda daha bir təxribat isə e mail və ZİP kodun tələbidir. Tələb olunanlar yerinə yetirildikdə isə sayt avtomatik istifadəçinin kompyuterinə yüklənir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.