Ukrayna hökuməti şirkətlərdən yanacağın qiymətinin salınmasını istədi

4-09-2015, 11:29           
Ukrayna hökuməti şirkətlərdən yanacağın qiymətinin salınmasını istədi
Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb.

"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiinhisar Komitəsindən bildirilib.
Qurumdan bildirilib ki, yanacağın pərakəndə satış qiyməti bazar şəraitinə uyğun olmalıdır.
Şirkətlər 10 gün ərzində öz təkliflərini quruma təqdim etməlidir.
Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.