Yasamalda dəhşətli qəza — “ZİL” 22 maşını əzdi+Video

4-04-2015, 16:42           
Yasamalda dəhşətli qəza — “ZİL” 22 maşını əzdi+Video Bir neçə dəqiqə öncə Yasamal rayonunda zəncirvari qəza baş verib.

Yasamal Rayon Polis İdarəsindən «Qafqazinfo«ya verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yüksək sürətlə hərəkət edən «ZİL» markalı yük maşını yolun kənarında dayanan 22 minik maşınını əzib. «İnşaatçılar» metrostansiyasının yaxınlığında baş verən qəzada avtomobillərə ciddi zərər dəyib. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Hadisə şahidlərinin «Qafqazinfo«ya verdiyi xəbərə görə, qəzada bir qadın və bir uşaq yüngül yaralanıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.

Video Əli Sahibə məxsusdur.

[media=https://www.youtube.com/watch?v=gZjlsVJu9yc]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.