Azərbaycanda dollar və avro bahalaşıb

4-04-2015, 16:49           
Azərbaycanda dollar və avro bahalaşıb Bu gün aprelin 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0486 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0084 manat və ya 0,74% bahalaşaraq 1,1401 manat olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.