Nizami rayonuna icra başçısı təyin olundu

23-09-2015, 20:56           
Nizami rayonuna icra başçısı təyin olundu

Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə. yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir. Arif Qasımov bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.

Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub.

Azərbaycan Respublikası prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.

Nizami Rayon İcra Hakimiyyətindəki bir neçə vəzifəli şəxs sayta məlumatın doğruluğnu təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.