Sotbi auksionunda 750 min dollara satıldı

23-09-2015, 21:11           

II Dünya Müharibəsi ərəfəsində yalnız 4 nüsxədə hazırlanan və İosif Stalinə, Şarl de Qola, Harri Trumenə və Uinston Çörçilə aid olan cib saatlarından biri satılıb.

teref.az Axar.az-a istinadən xəbər verir ki, dünya müharibəsində qalib gəlməsi münasibətilə Britaniya liderinə hədiyyə edilən saat “Sothebi” auksionunda 750 min dollara satılıb. Cenevrə saatsazı tərəfindən 4 ədəd hazırlanan bu cib saatı özündə “dünya saatı” mexanizmini əks etdirir. Saatın üzərində isə ingiliscədən tərcümədə qələbə mənasını verən “victory” sözünün baş hərfi V yer alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.