Cahangir Hacıyevə yeni vəzifə verildi - İDDİA

20-04-2015, 11:42           
Cahangir Hacıyevə yeni vəzifə verildi - İDDİA
Bir müddət öncə Beynəlxalq Bankın idarə heyətinin sədri postundan istefa verən Cahangir Hacıyevin yeni vəzifəyə təyin olunduğu barədə xəbərlər var.

Mötəbər mənbələrdən musavat.com-a daxil olan xəbərə görə, bank sektorunda xeyli stajı və təcrübəsi olan C.Hacıyev "Texnikabank"ın rəhbəri vəzifəsinə təyin olunub. Onun bu gün işə çıxacağı və kollektivə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, vəzifəsindən ayrıldıqdan sonra C.Hacıyevin barəsində müxtəlif söz-söhbətlər dolaşırdı. Bir qism adamlar onun gözdən düşdüyünü və "vurulduğu"nu deyirdilər, bir başqaları isə Hacıyevin tezliklə yaxşı bələd olduğu sektorda vəzifəyə təyin olunacağını bildirirdi. Sabiq bankirin Londona yerləşdiyini deyənlər də var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.