Azərbaycanda bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq

26-09-2015, 12:47           
Azərbaycanda bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq
Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Trend xəbər verir ki, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

İXM-ə ediləcək əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.