Azərbaycanda təqsirləndirilən şəxs təcridxanada özünü asıb

5-10-2015, 15:53           
Azərbaycanda təqsirləndirilən şəxs təcridxanada özünü asıb
Azərbaycanda təqsirləndirilən şəxs intihar edib.

APA-nın məlumatına görə, hadisə bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Rauf İsmayılov saxlanıldığı təcridxanada özünü asıb.

İntiharın motivi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.