Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb

11-10-2018, 10:27           
Ovlanmasına icazə verilən heyvan növlərinin SİYAHISI açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.

Nazirlikdən DİA.AZ-a verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.

Çöl donuzu (qaban)

Ovlanma müddəti: 15 sentyabr-22 dekabr 2018-ci il

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında



Dovşan

Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında



Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində



Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində



Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində



Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrindəшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.