Oruc Abbasov 31500 manat məbləğində məhbus pulunu necə ələ keçirir?-ŞOK OLAY

8-11-2018, 19:49           
Oruc Abbasov 31500 manat məbləğində məhbus pulunu necə ələ keçirir?-ŞOK OLAY
Cəmilə Zeynalova: “Belə bir problemə düşərkən öndə yol göstərənim, bir istiqamət verənim olmadığından, mən Oruc Abbasovun danışdıqlarına inandım və yaşadığım evimi satıb bütün pulları ona verdim”

Son illər ictimai həyatımızın daha ciddi problemlərindən biri də, ayrı-ayrı şəxslərin müəyyən dələduzluq əməllərinə qol qoymaları və belə bir addımlarının qarşılığında kimlərisə “tora salmaları” olur. Yəni, həmin şəxslər bu cür addımlarını atmaqla, çox zaman hansısa təminatlarını ödəməyə çalışırlar. Elə ki, belə bir düşüncə və əməl sahibi olanlar qanunun “sərt üzü” ilə üz-üzə qalırlar, o halda onlar peşimançalıq hissi keçirməklə bərabər, hər şeyin gec olduğunu da dərk etmiş olurlar. Açıq-aşkar şəkildə qeyd edək ki, son vaxtlar dələduzluq əməllərinə qol qoyan şəxslərin sayı artmaqda davam edir və bunu statistik məlumatlar da təsdiq edir. Məsələn, bugünlərdə “GündəmXəbər”in redaksiyasına Göyçay rayonu, Ləkçipılaq kənd sakini, 67 yaşlı Zeynalova Cəmilə Abdurahman qızı təşrif buyurdu və o, illər öncə üz-üzə qaldığı problemlə bağlı redaksiyamıza yazılı müraciətini də təqdim etdi. Ömrünün ahıl çağlarını yaşayan şikayətçi ana, yazmış olduğu müraciətində qeyd edir ki, “Oğlum Zeynalov Elbrus Əlcabbar oğlu 2-ci qrup əlil olsa da, o, 2011-ci ildən həbsdədir. O, həbs olunduqdan az sonra, qızımın həyat yoldaşı Naxçıvan MR-sı, Şərur rayonu, Ələki kənd sakini Abbasov Oruc Camal oğlu övladımı həbsdən qurtarmaq üçün, məndən yaşadığım evi satmağı və pulları ona verməyimi tələb etdi. Oruc Abbasov bunu onunla əsaslandırdı ki, guya onun hakimiyyətin ən yüksək klaurlarında vəzifə sahibi olan şəxslərlə sıx əlaqələri var və o, belə bir imklanlarımdan yararlanmaqla oğlumu həbsdən azad etdirə biləcək. (Cəmilə Zeynalova redaksiyamıza təqdim etdiyi müraciətində Oruc Abbasovun, bu gün hakimiyyətin ən yüksək pillələrində vəzifə sahibi olan hansı şəxslərin adlarından “sperkulyasiya” etməsini qeyd edib. Sadəcə olaraq, müəyyən səbəblər üzündən məqalədə həmin vəzifə sahiblərinin adlarını hallandırmağı lüzum bilmədik) Bəli, açıq şəkildə etiraf edim ki, ilk əvvəl qızımın həyat yoldaşı olan Oruc Abbasovun bu cür “yağlı danışdıq”larına inandım, indi isə ona inandığım üçün olduqca peşimançalıq hissi keçirirəm. Çünki, özüm xəstə bir qadınam, həyat yoldaşım Böyük Vətən Müharibəsi veteranı və yaşlı olduğundan, neçə illər bundan öncə dünyasını dəyişdi. Belə bir problemə düşərkən öndə yol göstərənim, bir istiqamət verənim olmadığından, mən Oruc Abbasovun danışdıqlarına inandım və yaşadığım evimi satıb bütün pulları da ona verdim.



Elə ki, oğlum Elbrus Zeynalovla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlandı, o halda Oruc Abbasov mənə bildirdi ki, “Məhkəmənin hakimi İlham müəllimlə danışmışam, ona hörmət etmək lazımdır ki, iş həll olunsun”. Buna görə də o, məndən 14 min AZN pul aldı ki, guya həmin pulu hakimə çatdıracaq və oğlumla bağlı problemi həll edəcək. Buna baxmayaraq, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı oğluma 5 (beş) il azadlıqdan məhrumetmə cəzası verildi. Bu azmış kimi, az sonra çıxarılmış hökmlə bağlı prokuror protest verdi və Elbrus Zeynalov barəsində toplanmış iş materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Oruc Abbasov bu məhkəmədə də keçirilən proseslər zamanı, məni “minbir oyuna” salmağı bacardı. Belə ki, o, adı çəkilən məhkəmənin inzibati binasına girib çıxdıqdan sonra “Mən məhkəmənin sədri Əliyev Kəramət Fətəli oğlu ilə görüşdüm, o, söhbət əsnasında qeyd etdi ki, heç də narahat olmağa dəyməz, iş qaydasına düşəcək” dedi. Oruc Abbasov belə bir ad altında, məndən təkrar 16 min manat pul aldı. Buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsində oğluma 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. Elə ki, oğlum çıxarılmış məhkəmə hökmü əsasında cəzaçəkmə müəssisəsinə göndərildi, o halda o, növbəti dəfə fırıldaq əməlinə qol qoydu. Yəni, o, “Sənin oğlunu əhvə saldıracağam” deməklə, məndən əlavə 1500 manat pul aldı. Həmin vaxtlarda Oruc Abbasov məndən üstüstə 31500 manat pul alsa da, o bu günə kimi aldığı pulları qaytarmayıb. Artıq yeddi ildən çoxdur ki, oğlum həbsxanada cəza çəkir, özüm də küçələrdə qalmışam.


Belə bir problemə düçar olduğum üçün, hələ bir müddət bundan öncə Oruc Abbasovun əməlləri ilə bağlı, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə rəsmi qaydada müraciət etdim. Düzdür, etdiyim müraciətlə bağlı hər ikimizi adı çəkilən quruma dəvət edib izahatımızı aldılar. Həmin vaxt qurum əməkdaşları bildirdilər ki, “Oruc Abbasovla bağlı barışıq ərizəsi yazsan daha yaxşı olar. Əgər o, həbs olunarsa, o halda ona vermiş olduğun pulların hamısı batacaq. Ona görə də barışıq ərizəsi yaz ki, pullarını ondan ala biləsən. Biz də Oruc Abbasovu məcbur edəcəyik ki, o, şəxsi avtomobilini və digər əmlakına satıb pullarını qaytara bilsin”. Düzdür, həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi əməkdaşlarının mənə etdikləri belə bir təklif əsasında barışıq ərizəsi yazdım. Buna da səbəb, adını dəqiqləşdirə bilmədiyim Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi əməkdaşlarına inanmağım, dövlət qurumuna olan etibarım oldu. Elə ki, Oruc Abbasov barışıq ərizəsinin yazıldığını bildi, o halda o, məndən daha kənar gəzdi, telefon zənglərimə heç bir halda cavab vermədi və bir qəpik olsun belə, pulumu da qaytarmadı. Ona görə də, barışıq ərizəsi yazdığım üçün peşman olmuşam və bu gün ondan şikayət etməkdəyəm.



Onu da bildirim ki, Oruc Abbasov oğlumu həbsdən azad etdirəcəyi ilə bağlı söz-söhbət salarkən, hər dəfə vurğulayırdı ki, “Mənim ən yüksək vəzifə sahibi olan şəxslərlə sıx əlaqələrim var”. Düzdür, ilk əvvəllər onun hər bir danışığına inanırdım. Amma, sonra dərk etdim ki, bu şəxs pullarımı ələ keçirmək üçün “minbir cildə” girməyi bacaran, dələduzluq əməllərinə qol qoymaqda mahir olan bir şəxsdir. Ona görə də, bu gün hüquq-mühafizə orqanı əməkdaşlarından Abbasov Oruc Camal oğlunun axtarılıb tapılmasını, onun mənə qarşı etmiş olduğu dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində lazımi ölçü götürülməsini istərdim. Diqqət edin ki, bu şəxs hansı əməlin, hansı düşüncənin sahibi olub ki, məni ahıl yaşlarımda gözüyaşlı və küçələrdə qoymağı bacardı”.
Yaşanan belə bir olayları təhlil edib belə bir qənaətə gəlmək olur ki, məhbus pulllarını “minbir cildə” girməklə ələ keçirən Oruc Abbasovun əməlləri nə hüquqa, nə də ki, insanlığı sığası məsələ deyil.
Mövzunu diqqətdə saxlayacağıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.