BDU rektoru postuna o da iddialıdır... - Belə deyirlər...

20-11-2018, 09:36           
BDU rektoru postuna o da iddialıdır... - Belə deyirlər...
Ötən həftə gözlənilmədən vəzifədən uzaqlaşdırılan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun yerinə hələlik heç bir təyinat yoxdur. Strateji vəzifələrdən hesab edilən BDU-nun yeni rəhbərinin kim olacağı ilə bağlı olduqca maraqlı müzakirələr var.

Bu posta təyinat üçün bir neçə namizədin olduğu bəllidir. Amma onlardan kimə etimad göstəriləcəyi hələlik sual olaraq qalmaqdadır. Bizimxeber.az-a daxil olan məlumata görə, BDU-nun rektoru olmaq arzusunda olan şəxslərdən biri də hazırda Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində çalışan Yusif Yusibov.

Bu posta illərdir can atan GDU rektoru üçün əsl imkan yaranıb. Redaksiyaya daxil olan məlumata görə, əsas iki namizədlərdən biri olan Yusifovun bu posta təyinat şansları az deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.