Sahil Babayevin bacarmadığı komanda: Nazirlik daxilində gizli şəbəkə

27-11-2018, 10:20           
Sahil Babayevin bacarmadığı komanda: Nazirlik daxilində gizli şəbəkə
Sosial sahədə düzəlməli olan vəziyyət kimlərə görə “düz əyilir”? Çünki Nazirlikdə bəziləri baş verənlərdən nəticə çıxarıb, normal işləmək əvəzinə, hələ də korrupsiya və rüşvətdə hər zamanın ası olanları müdafiə edib, ara sakitləşən kimi onların əli ilə yenə qızıl balıq tutmaq kimi köhnə xəyallarla yaşayır. Yoxsa belə olmasaydı Əjdər Cəbiyevin yaxın dostları olan Gülnarə Salahova və Rza Əhmədov nəinki çoxdan o sistemdən qovulmuşdu, hətta onlar məsuliyyətə cəlb olunmuşdu. sistemlətanışlığı olan hər kəs bilir ki, bu adamlar Əjdər Cəbiyevin əsas pul daşıyanları olub. Zamanında kasıb vətəndaşların başına olmazın oyunlar açıblar. Əcəba onlar nədən yenə “şirin” oldular. Olmaya onlar yenə lazım olacaq? Onları himayə edənlər birmənalı şəkildə bilməlidirlər ki, onları himayə etməklə, onların etdikləri günahlara, şərəfsizliklərə də şərik olurlar və buna görə vaxtı çatanda onlar da cavab verməli olacaqlar. Yaxşı olar bunu heç zaman unutmasınlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı cumhuriyyet.az-a maraqlı məlumatlar daxil olub. Bu məlumatda bildirilirl ki, hələ 2015-ci ilin oktyabr ayında Səlim Müslümov Yasamal “sabez”inə yoxlama göndərir. Yoxlama bir neçə işçidə vətəndaşlara aid yardım kartı və direktor Gülnarə Salahovada 90 minlik rüşvət siyahısı aşkar edir. Həmin işçilərin bankomatlardan şəkilləri çıxır və onlar işdən azad olunur. Gülnarə Salahova və Bünyadzadə Günəş Əjdər Cəbiyevlə hər cür yaxın əlaqəyə malik olduqlarına görə işdən çıxarılmırlar. (İnternetdə Gülnarə Salahova yazıb axtarışa versəniz görərsiz o hansı əməllərin sahibi olub). Bundan sonra Gülnarə Nəsimi rayon “sabez”inə direktor göndərilir. O vaxtdan Nəsimi fondunda direktor müavini vəzifəsində işləyirdi. Sahil Babayev nazir olduqdan sonra vəzifəsi daha da böyüyüb: DSMF Sumqayıt şəhər şöbəsinə, ordan isə DSMF Xətai rayon şöbəsinə direktor müavini göndərilib. Belə bir adamı vəzifədə saxlayıb vəzifəsini böyütməklə heç inanmaq olmur ki, islahat aparmaq olsun. Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə, Günəş Bünyadzadə isə DSMF Nərimanov rayon şöbəsində Sosial müavinətlər və Ünvanlı sosial yardım sektorunun müdiri vəzifəsində işləyir. Hər ikisi indinin özündə də Əjdər Olla sıx əlaqə saxlayırlar. İşdən çıxarılanlardan Səlim Müslümovun qohumu Zaur Rəsulov isə bir ildən sonra yenidən DSMF Beyləqan rayon şöbəsində işə qəbul olunub və hazırda DSMF Xətai rayon şöbəsində sektor müdiri vəzifəsində işləyir. Axı dünya niyə dağılmır? Bu həmin Zaur Rəsulovdu 2015-ci ildə Yasamal ƏSMM-də məsləhətçi olduğu halda Səlim Müslümovla kəndçi olmağından istifadə edərək baş məsləhətçi kimi ünvanlı sosial yardım sənədlərini qəbul edərək kasıbların yardımlarının 6 ayını mənimsəyib. Yoxlama zamanı Kapital Bankdan çıxarışlar zamanı şəkilləri çıxıb. Buna görə Səlim Müslümov məcbur qalıb onu işdən çıxarıb. Bu adam işlədiyi dövrdə bütün qanunları pozaraq ailəsinə, yoldaşının adına sosial yardım təyin edibmiş. Məsələnin üstü açılandan sonra məcbur qalıb həmin sənədi ləğv ediblər. Fuad adlı işçi isə Rza Əhmədovun qohumudu. DSMF Yasamal rayon şöbəsində arxiv işinə düzəldilib. Təhsili belə yoxdur. Görün fond kimin ümidinə qalıb. Fuad ünvanlı sosial yardım işlərinin evlərə gedərək yoxlamasını aparır. Arxivdən əvvəllər yardım alanlara zəng edərək onlara yardım düzəldir, onların 5-6 ay pulunu mənimsəyir. DSMF Yasamal rayon şöbəsinin sektor müdiri Həsənov Oktay isə Sabirabadda müdir olub rüşvət üstündə işdən çıxarılıb sonradan Yasamal ƏSMM-də sektor müdiri işinə düzəlib. Əjdər Cəbiyevin sayəsində işdə qalıb. Bu adamlar o sistemdə potensial təhlükəli adamlardı.
Əjdər Cəbiyevin pul kisəsi olan Rza Əhmədov isə Yasamal rayon ƏSMM-də ünvanlı yardımda işçi, direktor müavini sonra isə Əjdər Cəbiyevin himayəsi ilə Xəzər rayon ƏSMM-də direktor müavini işləyib. Xəzər ƏSMM-də işləyəndə ünvanlı sosial yardıma ən çox -pul bu rayona digərləri ilə müqayisədə 3-4 dəfə çox ayrılıb. Rza Əhmədov Əjdər Cəbiyevə hər ay 80-90 min manat pul verirmiş. İşdən çıxarılana qədər DSMF Xəzər rayon şöbəsində ünvanlı sosial yardım sektorunda sektor müdiri işləyib. Yenə yardım pullarını özbaşına mənimsəyirmiş. Əjdər Cəbiyevə arxayın olaraq direktoru belə saya almırmış. Direktoru Səlim Müslümova şikayət edəndən sonra işdən çıxarılıb. Bankomatlardan onun yardım təyin etdiyi ünvanlı sosial yardım işlərinin çıxarışları çıxarılsa bütövlükdə onun şəkilləri çıxacaqdır. Əgər nazirlikdən kimsə ona desə ki, sənin şəkillərin var bankomat çıxarışlarında qaçıb gizlənməyə siçan deşiyi axtarar. Diplomu belə saxtadı. Güya Elşad Abdullayevin ABU-sunda nəqliyyat diplomunu alıb. Bal toplayaraq keçmiş TQDK vasitsəsi ilə deyil, rüşvətlə, saxta yolla ora qəbul olunub. Ən dəhşəti isə ondan ibarətdir ki, yenidən işə bərpa olub və hətta Nazirlik onu yoxlamaya göndərib. Bu adamlara himayədarlıq edən Nazirliyin rüşvətxor məmuru haqqında ən ilginc faktları növbəti yazımızda oxuya bilərsiniz. Bəli, nə qədər ki, belə adamlar o sistemdə qalacaq deməli vəziyyətin düzəlməsinə ümid etmək olmaz, olsa-olsa vəziyyət ancaq düz ƏYİLƏCƏK.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.