"Kamal Abdulla müəllimlərə 100 zavod çörəyi üçün 50 manat pul verir" — Dosentdən rektoru barədə TƏRİFEDİCİ SÖZLƏR

18-02-2019, 20:23           
"Kamal Abdulla müəllimlərə 100 zavod çörəyi üçün 50 manat pul verir" — Dosentdən rektoru barədə TƏRİFEDİCİ SÖZLƏR
Son vaxtlar ayrı-ayrı təhsil işçiləri tərəfindən haqqında şikayətlərin artması Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanı hərəkətə gətirib.

68 yaşlı professor rektoru olduğu Azərbaycan Dillər Universitetinin rəsmi internet səhifəsində özü haqqında bayağı və primitiv təriflər yerləşdirir.

Sözügedən tərifdolu fikirlər ayrı-ayrı insanlar tərəfindən qeyri-səmimi qarşılanıb.

Misal üçün, Universitetin saytında Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifov Kamal Abdulla haqqında bunları yazır:

"...Akademik Kamal Abdulladan başqa heç bir rektor hər bayramda (onların sayı ildə altıdır) hər müəllimin hesabına 50 (əlli) manat pul göndərməyib. Bu isə yüz ədəd zavod çörəyi, ya da 5 kq ət deməkdir...".

İnsanlar rektorun bu cür özünü təriflətməsinin onlarda ikrah hissi yaratdığını söyləyirlər.

Azərbaycan Dillər Universitetinin rəsmi internet səhifəsində yazılan həmin məktublardan bəzisini oxuculara təqdim edirik:
Azerbaycanrealligi.com













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.