“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY

23-02-2019, 12:37           
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Moderator.az xəbər verir ki, bir neçə vətəndaş “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi çörəklərin bərk olması ilə bağlı saytımıza şikayət ediblər. Vətəndaşlar bildiriblər ki, hər dəfə təzə aldıqları çörək bir neçə saatın içində daşa dönür və yemək mümkün olmur.

Hansı ki, çörəyin üstündə saxlanma müddətinin 24 saat olduğu göstərilir. Şikayətçi isə bildirir ki, 24 saat olsa, eybi yox, çörək evə gətirildikdən bir neçə saat sonra bərkiyir. Digər çörəklərlə müqayisədə bu çörəyin tez quruması faktı dəfələrlə müzakirə olunub, amma qurum tərəfindən bununla bağlı heç bir tədbir görülmür.

Araşdırmamız zamanı məlum oldu ki, “Sərham” MMC ilə bağlı mediada kifayət qədər şikayət xarakterli materiallar dərc olunub. Təqdim edilən materiallarda quruma məxsus çörəyin içindən müxtəlif cismlərin çıxması və sexdə antisanitariyanın hökm sürdüyü qeyd olunur.

Məsələ diqqətimizdədir. Çalışacağıq ki, çörəyin belə tez bərkiməsi ilə bağlı qurumun da mövqeyini öyrənək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.