Türkiyə parlamentinin yeni sədri seçildi

24-02-2019, 17:34           
Türkiyə parlamentinin yeni sədri seçildi
Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçkilər keçirilib.

Qaynarinfo xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizədliyi irəli sürülən parlamentin sədri Binali Yıldırımın yerinə 4 namizəd olub.

Belə ki, sədr vəzifəsi uğrunda AKP Təkirdağ millət vəkili Mustafa Şentop, CHP İstanbul millət vəkili Engin Altay, Xalqların Demokratik Partiyası (HDP) İzmir millət vəkili Serpil Kemalbay Pekgözegü və İYİ Partiya Qaziantep millət vəkili İmam Hüseyn Filiz mübarizə aparıb. Milliyətçi Hərəkat Partiyası AKP-nin namizədini dəstəkləyib.

Gizli səsvermədə birinci və ikinci turlarda namizədlərin heç biri tələb edilən səsləri toplaya bilməyib. M.Şentop üçüncü turda parlamentin sədri seçilib.

Qanunvericiliyə əsasən, birinci və ikinci turda parlamentdəki deputatlarının 2/3-nin, yəni 400 deputatın səsini almaq tələb olunur. Üçüncü turda parlamentdəki deputatların mütləq çoxluğunun, yəni 301 deputatın səsini almaq tələb olunur. Üçüncü turda da seçki baş tutmazsa, bu turda ən çox səs alan iki namizəd dördüncü turda yarışmalı, ən çox səs alan namizəd parlamentin sədri seçilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.