Böyük Britaniya hökuməti "Brexit"i təxirə salmağı planlaşdırır

25-02-2019, 12:10           
Böyük Britaniya hökuməti "Brexit"i təxirə salmağı planlaşdırır
Böyük Britaniya hökuməti "Brexit"in iki ay müddətinə təxirə salınması imkanını nəzərdən keçirir.

Bu barədə "Report" "The Daily Telegraph"a istinadən məlumat verir.

Nəşrin məlumatına görə, Britaniya Baş naziri Tereza Mey bununla bağlı Avropa İttifaqına (Aİ) rəsmi müraciət etməyi planlaşdırır.

Hökumət "Brexit" ətrafında dalana girmiş vəziyyətin iki aya düzəldiləcəyinə inanır.

Qeyd edək ki, dünən Baş nazir Britaniya parlamentində yeni səsvermə tarixinin martın 12-si olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.