Kürdəmirdə qarşıdurma – Elman Məmmədov başçı ola biləcəkmi?

7-03-2019, 12:07           
Kürdəmirdə qarşıdurma – Elman Məmmədov başçı ola biləcəkmi?
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov icra başçısı olmaq üçün hərəkətə keçib. Kürdəmirdən daxil olan məlumata görə, rayon icra başçısı Ceyhun Cəfərovla Regional Mədəniyyət İdarəsinin müdiri Elman Məmmədov araında münasibətlər ciddi şəkildə pisləşib. Buna səsəb isə Elman Məmmədovun Kürdəmir icra başçısı olmaq eşqinə düşməsidir.

AzToday.az-a daxil olan məlumata görə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri hakimiyyətin yuxarı qanadında özünə bəzi havadarlar tapıb. Məhz həmin havadarlara arxalanan Elman Məmmədov yaxın həftələrdə Ceyhun Cəfərovun yerinə təyinat alacağını ətrafı ilə bölüşüb.

Regional Mədəniyyət İdarəsi müdirinin onun yerinə göz dikməsi xəbərini eşidən Ceyhun Cəfərovun isə hərəkətə keçdiyi deyilir. Belə ki, adının açıqlanmasını istəməyən və Elman Məmmədova yaxın olan şəxslərdən birinin saytımıza verdiyi məlumata görə icra başçısı Ceyhun Cəfərov idarə rəisindən narazı olanları onun üstünə qaldırmaqla məşğuldur.
Artıq bir neçə narazı şəxs Elman Məmmədovla bağlı Prezident Aparatına və Mədəniyyət Nazirliyinə dayanmadan şikayət məktubları göndərməkdədirlər. Məlumata görə Ceyhun Cəfərov qısa müddət ərzində Elman Məmmədovu yuxarı dairələrin gözündən salmaq istəyir.

Mənbəmiz həmçinin bildirir ki, başçı ilə Elman Məmmədov arasında bu barədə söhbətdə olub və Regional Mədəniyyət İdarəsinin müdiri and içərək yayılan məlumatların yalan olduğunu deyib. Amma Ceyhun Cəfərov Elman Məmmədovun bu andına heç də inanmayıb və ona görədə ona qarşı qaralama kompaniyasını davam etdirməkdədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.