"Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm" - Aprel döyüşlərinin iştirakçısının HARAYI

11-03-2019, 15:08           
"Maşınımı, evimi satıb müalicəmə xərcləmişəm" - Aprel döyüşlərinin iştirakçısının HARAYI
Aprel döyüşlərində yaralanaraq ayaqları tutulan II qrup Qarabağ əlili Əzimov Elşən Balaxan oğlu mətbuata müraciət ünvanlayıb.

Hurriyyet.org Baku.ws-ə istinadla 39 yaşlı Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş gizirin müraciətini olduğu kimi təqdim edir:

“Hörmətli Azərbaycan xalqı, Aprel döyüşləri zamanı xəsarət almışam, ayaqlarım tutulub. Azərbaycanda müalicəm olmasa da, xarici ölkələrin birində bu, mümkündür.

Füzuli rayonunda N saylı hərbi hissədə Maxe olmuşam. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması almışam. 2017-ci ilin iyul ayına qədər Hərbi Hospitalda müalicə olundum. İyul ayından etibarən isə ordu sıralarından təxris edildim.

İkinci qrup əliləm. Mənə qulluq edilməsi üçün müşahidəçiyə zərurətin olması ilə bağlı rəsmi sənəd veriblər. Buna baxmayaraq, müşahidəçi ilə təmin olunmamışam.

Həmçinin səhhətim məni ciddi narahat edir. Sağlamlığıma qovuşmaq istəyirəm. Müalicəm yalnız xarici ölkələrdədir. Ona da çox vəsait tələb olunur.

Dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər.

Respublika Xəstəxanasına yerləşdirdilər. Orada da isə mənə bildirirlər ki, sən bizim xəstəmiz deyilsən. Səni burada müalicə edə bilmirik. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər.

Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Həmin xəstəxanada da xəstəliyimi təyin edə bilmirlər.

16 il 9 ay hərbi xidmətdə olmuşam, baş gizirəm. Xahiş edirəm ki, mənə kömək etsinlər. Ailəliyəm, 4 övladım var. Bu vaxta qədər maşınımı, evimi sataraq müalicəmə 18-22 min manata yaxın pul sərf etmişəm. İlyarımdan çoxdur aldığım pensiyanı da müalicəmə xərcləyirəm. Övladlarıma və ailəmə atam baxır.

Dövlət mənə yalnız xəstəxanada otaq verib. Mənzillə də təmin olunmamışam.

Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm. Buna baxmayaraq, mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir".


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.