İCRA BAŞÇISI SABAH TOY OLACAQ EVİ BELƏ GÜNƏ QOYDURDU: “Gəlinin cehizi yeni gəlibmiş…” + FOTO

12-04-2019, 15:31           
İCRA BAŞÇISI SABAH TOY OLACAQ EVİ BELƏ GÜNƏ QOYDURDU: “Gəlinin cehizi yeni gəlibmiş…” + FOTO
“Abşeronun icra başçısı İradə Gülməmmədova qoçuluq edir, birbaşa prezidentin əleyhinə işləyir”.


Mia.az xəbər verir ki, bu sözləri jurnalist İlkin Pirəli sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, icra başçısı sabah toy keçiriləcək evi uçurulması göstərişini verib:
“Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər.
Təsəvvür edirsiniz dəə nə deməkdir bu?
Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb.
Ailə 1999-cu ildən həmin evdə yaşayır.
Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində, sənədlər də qaydasındadır. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər dəə. A kişi, ay qadın, ailə yazıqdı axı…
Ailə çadır istəyib, onu da verməyib, hazırdsa çöldə qalıblar.
Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.
Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!”.
Məsələ ilə bağlı İH-nin də mövqeyini dinləməyə hazırıq.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru