ŞOK: İntihar edən 5 ayın gəlininin toy videosunda diqqət çəkən məqam - VİDEO

10-05-2019, 12:06           
ŞOK: İntihar edən 5 ayın gəlininin toy videosunda diqqət çəkən məqam - VİDEO

İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub.
Teref.az aznews.az -a istinadən xəbər verir ki, ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Bu barədə Space TV-də yayımlanan "Gəl, dərdini danış" veriliində məlumat verilib. Efirdə intihar edən gəlinin toyundan kadrlar nümayiş etdirilib. Kadrlarda diqqət çəkən məqamlar gözdən qaçmayıb. Xüsusən Mahirənin ərinin qısqanclığı, ona toyda oynamağa icazə verməməsi və toyu yarıda tərk etmələri hər kəsin diqqətini cəlb edib.
Mahirənin dayısı "Gəl Dərdini Danış" verilişində mərhuma zülmlər verildiyini iddia edib:
"Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm, çöldə bir cavan uşaqla oturub. O, dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə giriş var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın".
Xatırladaq ki, ötən ay İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.
İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbiləşərək intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.