“İş adamları dağlara dağ çəkirlər” - Coğrafiya İnstitutunun direktoru

10-05-2019, 18:32           
“İş adamları dağlara dağ çəkirlər” - Coğrafiya İnstitutunun direktoru
Bu gün Qərbi Kaspi Universitetində keçirilən tədbirdə Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Azərbaycan landşaftlarının dağ ərazilərindəki xüsusiyyətlərindən, burada baş verən təbii təhlükə və risklərdən, endogen və ekzogen proseslərdən danışıb. Həmçinin, o, təhlükə və risklərin olduğu ərazilərdəki məskunlaşmadan da söz açıb. Ramiz Məmmədov qeyd edib ki, Azərbaycan coğrafi baxımdan götürəndə kiçik bir ölkədir. Şimaldan Cənuba məsafə 400 km, Qərbdən Şərqə 500 km-dir.

“Bu kiçik rəqəmlərə baxmayaraq Azərbaycan geniş diapazona malikdir. Bu geniş diapazonda kəskin dəyişmələr baş verir. Bildiymiz kimi, Azərbaycan Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talış dağlarıyla əhatə olunub. Azərbaycanın orta hündürlüyü 384 m-dir”.

Ramiz Məmmədovun bildirib ki, “iş adamları dağlara dağ çəkirlər. Özbaşınalıq baş alıb gedir”.

O, açıqlamasında qeyd edir ki, bunu Böyük Qafqaz dağına qalxsaq, görə bilərik.

İnstitut direktoru baş verən təbii fəlakətlərdən də danışıb.

“Bayıl sürüşməsi haqqında danışmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, istənilən yamac potensial olaraq sürüşmə zonasıdır. Amma bu yamaclar 2 qüvvənin tarazlığı olduğu zaman heç bir sürüşmə baş verməz. Birinci, həmin qrupun aşağı yönəlmiş cazibə qüvvəsidir. İkinci isə həmin qrupun sürüşməsi ilə yaranan sürtünmə qüvvəsidir. Əgər bu 2 qüvvə arasında tarazlıq olursa, heç bir sürüşmə hadisəsi baş verməz”.

Toplantıda iştirak edən rabitə elmləri üzrə professor, irlandiyalı Michael Maunsell Azərbaycan və Bakı təəssüratlarından danışarkən qeyd edib ki, ölkəni gözəlləşdirən orada yaşayan insanlardır: “Mən diqqət etdim ki, azərbaycanlılarla irlandiyalılar arasında oxşar cəhətlər çoxdur. Məsələn, azərbaycanlılar da irlandiyalılar kimi çox gülümsəyir və salamlaşmağı sevirlər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.