Nəğd pula əlvida!

12-06-2019, 07:47           
Nəğd pula əlvida!
“Juniper Research” şirkətinin proqnozuna görə, 2024-cü ilə elektron pul kisəsindən istifadə edən insanların sayı 4 milyarda yaxınlaşaraq planet əhalisinin 50%-ni təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, məhsul və xidmətlərin ödənişi üçün rəqəmli xidmət istifadəçilərinin sayının artması bu pul kisələri vasitəsilə edilmiş əməliyyatlar həcminin 80% artmasına (ildə 9 trilyon dollaradək) gətirib çıxaracaq.

ABŞ-da orta statistik vətəndaş elektron pul kisəsi vasitəsilə ildə təxminən 3350 dollar xərcləyir. 2024-cü ilədək bu göstərici 6400 dollara yaxınlaşacaq.

Elektron ödəniş həllərinin populyarlaşması qismən onlayn ödənişlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə bağlı olacaq. 2019-cu ilin ikinci yarısında əməliyyatları token və dinamik kriptoqramlarla qoruyacaq “SRC” (Secure Remote Commerce) standartları tətbiq ediləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.