Tanınmış taksi şirkəti müştərilərini belə aldadır - GİLEY

12-06-2019, 11:50           
Tanınmış taksi şirkəti müştərilərini belə aldadır - GİLEY
“Salam Taksi”-*9933 şirkəti sərnişinləri aldadır.

Bu haqda şirkətdən şikayətçi olan vətəndaş Bizimyol.info redaksiyasına müraciət edib.

O bildirib ki, şirkətə Şüvəlandan Sumqayıta getmək üçün taksi sifariş edib. Şirkətdən gedişhaqqının 16.7AZn olduğu bildirilir. Onun sifarişinə gələn 90-TH-671 dövlət nömrə nişanlı, “Mitsubishi” Pajero markalı avtomobil sürücüsü ona narahatçılıq yaşadıb, səhv yerdə saxlayaraq cərimələndikdən sonra onunla kobud davranıb və gedişhaqqıdan 2 dəfə artıq çox pul alıb.

Səbəb olaraq isə cərimənin yarısının müştəri tərəfindən ödənilməsi kimi göstərib. Lakin şikayətçi vətəndaş öz şikayətini *9933 nömrəsinə bildirmək istəsə də operatorlar onun şikayətini qeydə almayaraq onu +994124099933 nömrəsinə yönləndiriblər. Həmin nömrənin isə zəngləri qəbul etməyib və qeyri-işlək olub.

Məsələ ilə bağlı şirkətlə və sözügedən əlaqə nömrə ilə əlaqə saxlamağa çalışsaq da buna müvəffəq ola bilmədik.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.