Yəhya Babanlı FHN-dən niyə getdi? - “Mən səmərəli işləməyə gəlmişdim”

12-06-2019, 20:09           
 Yəhya Babanlı FHN-dən niyə getdi? - “Mən səmərəli işləməyə gəlmişdim”
"Mən səmərəli işləməyə gəlmişdim, sistemdə faydalı iş əmsalım özümü qane etmədi”.

Redaktor.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin keçmiş rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunmasına münasibət bildirərkən qeyd edib.

O, bildirib ki, hər bir insan öz işinin övladıdır:

"Əvvəla, hamınıza qarşıdan gələn və müasir Azərbaycan üçün olduqca əlamətdar olan Milli Qurtuluş Günü münasibətilə xüsusi təbrikimi çatdırıram. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin Mətbuat Xidməti şöbəsinin müdiri vəzifəsindən 6 may 2019-cu il tarixdə yazdığım müvafiq ərizəmlə ayrılmışam. Strukturun adından və təşkilati-hüquqi formasından da göründüyü kimi, geniş spektorlu bir sahə idi. Fəaliyyətə başlayanda bildirmişdim ki, strateji əhəmiyyətli dövlət qurumunda işləmək şərəfli və məsuliyyətlidir. Bu, indi də öz yerində qalır.

Məni vəzifəyə təyin edən NAZİRƏ o zaman minnətdarlığımı ifadə etmişdim, indi də öz təşəkkürümü qeyd edirəm.

Qısa zaman kəsiyində müvafiq normativ aktlar üzərində işlədik, könüllülük fəaliyyəti və s. kimi yenilikləri təşfiq edən təkliflər proqramını ortaya qoyduq. Məlumdur ki, Nazirlik yarandığı 14 il ərzində 4 Mətbuat katibi dəyişib, biri də mən. Bu xüsusda özümdə bir nöqsan, qüsur və qəbahət görmürəm. Mən səmərəli işləməyə gəlmişdim, sistemdə faydalı iş əmsalım özümü qane etmədi, belə qənaətə gəldim və bu fürsəti qiymətləndirdilər.

Tarix üzrə fəlsəfə doktoruyam.

Hələ ki, araşdırma apardığım sahəyə uyğun olaraq, Azərbaycan diasporunun, Dahi Heydər Əliyevin diaspor strategiyasının və Zati-aliləri İlham Əliyevin diaspor siyasətinin tədqiqi və təhlili ilə bu istiqamətin elmi inkişafına çalışacağam. Mənim üçün mətbuat, jurnalistika sahəsi doğma və əziz camiyədir. Hər bir KİV-ə, KİV nümayəndəsinə sonsuz hörmət və izzətimi dərin səmimiyyətlə vurğulayıram”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.