Azərbaycanda dəhşət: 3 uşaq anası hamamda asılmış vəziyyətdə tapıldı - VİDEO

18-06-2019, 16:15           
Azərbaycanda dəhşət: 3 uşaq anası hamamda asılmış vəziyyətdə tapıldı - VİDEO
Teref.az Oxu24.com-a istinadən xəbər verir ki, Masallı rayonunda 3 uşaq anasının müəmmalı şəkildə ölməsi böyük müzakirələrə səbəb olub.
Müəmmalı ölüm hadisəsi ilə bağlı Space TV-də yayımlanan "Gəl, Dərdini Danış" verilişində sensasion fikirlər səsləndirilib. İntihar edən Nəsibənin yaxınlarının iddiasına görə, qızları öldürülüb, daha sonra asılıb. Yaxınlarının iddiasına görə, 3 uşaq anası əri tərəfindən öldürülüb.Daha sonra izi itirmək üçün asılıb.
Hadisə ilə bağlı qarşı tərəf iddiaları rədd edib. İntihar edən Nəsibənin həyat yoldaşı Ruhəddin bildirib ki, arvadına qoyunlara su qoymasını deyib.
"Evə gəldim. Gördüm ki, quzular tövlədədir. Yoldaşıma dedim ki, niyə qoyunları çölə buraxmamısan. Mənə dedi ki, quzular həyətdə dayanmır. Dedim ki, dayanmır, qarşısında dur. Bundan sonra o həyətə düşdü."
Bir qədər keçdikdən sonra həyat yoldaşının gəlmədiyini görən ər onun arxasınca gedib. Arvadının asılmış meyitini tapıb. Daha ətraflı videonu təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.