Prezidentin sərəncamları neçə nəfərin cibinə təsir edəcək?

19-06-2019, 09:50           
Prezidentin sərəncamları neçə nəfərin cibinə təsir edəcək?
Ötən gün Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə maaşların 40 faizə qədər artırılması, minimum əməkhaqqının 250 manat məbləğində müəyyən olunması haqda sərəncamlar imzalandı.
“Yeni Sabah” xəbər verir ki, bu sərəncamlar dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanı əməkdaşları və digər xüsusi rütbəli şəxslər, müəllimlər, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilər üçün əsl bayram yaşatdı. Bəs bu sərəncamlar real olaraq ölkədə neçə nəfərin cibinə, həyatına təsir edəcək?

Əvvəlcə minimum əməkhaqqından başlayaaq. Ölkədə 350 min nəffəri özəl sektorda çalışmaqla ümumilikdə 600 min nəfər bu vaxta qəddər minimum əməkhaqqı alıb. (Bu ilin əvvəlinə kimi 130 manat, martın 1-dən 180 manat). Sentyabrın 1-dən isə həmin 600 min vətəndaş 250 manat alacaq.

Müəllimlərin əməkhaqqının 20 faiz, digər bir sıra sahələrdə çalışanların maşşının 40 faiz artması isə ilkin məlumatlara görə ümumilikdə 2 milyon vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, 2019-cu ildə ölkə prezidentinin sosial məsələlərlə bağlı bir sıra sərəncamları olub, təqaüdlər vvə pensiyalar artırılıb. Bu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.