Əri arvadının nömrəsini kənd kişilərinə paylayıb, görüşə çağırtdırdı - Azərbaycanda biabırçılıq

20-06-2019, 12:37           
Əri arvadının nömrəsini kənd kişilərinə paylayıb, görüşə çağırtdırdı - Azərbaycanda biabırçılıq
Azərbaycanda daha bir biabırçı hadisə baş verib.

Teref.az oxu24.com-a istinadən xəbər verir ki, Bərdə rayonunda yaşayan Gülnar Fərzəliyeva adlı xanımın mobil telefonu keşmiş əri tərəfindən kənd kişilərini paylanılıb. Bu barədə məlumatı Space TV-də yayımlanan "Gəl, dərdini danış" verlişində məlumat verilib. Əri tərəfindən işgəncələrə məruz qaldığı üçün ondan boşanan qadın şok ittihamlar səsləndirib. Bərdə Rayon Xəstəxanasında tibb bacısı işləyən Gülnarın birinci evliliyi uğursuz alınıb. Onun sözlərinə görə, birinci həyat yoldaşı sonsuz olduğu üçün ondan ayrılıb. Bundan sonra xəstəxanada işinə davam edən Gülnar orada bir oğlanla tanış olub. Evləndikdən sonra rəsmi nikaha daxil olmasını yoldaşından tələb etsə də, əri buna razı olmayıb. Bu səbəbdən hamilə gəlin əri və qayınanası tərəfindən döyüldükdən sonra uşağı tələf olub.

"Ərim telefon nömrəmi kənd kişilərinə paylayıb.Gündə bir nəfər kişi mənə zəng edirdi. Sonuncu dəfə 53 yaşlı Əziz adlı kişi mənə zəng elədi. Dedi ki, nömrəni mənə ərin verib. Deyir ki, əxlaqsız qadındır, get görüş.Anama bu sözü dedim. Anam həmin kişini evə çağırdı. Kişi gəlib gördü ki, biz necə ailəyik. Əziz kişi ilə keçmiş ərim Mənsur da gəlmişdi. Bundan əlavə mənə Etibar,Akan adlı kişilər də mənə zəng edirdi."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.