Vəkil Elçin Sadıqova qarşı daha bir təzyiq-İNTİZAM İCRAATINA BAŞLANILDI

10-07-2019, 18:44           
Vəkil Elçin Sadıqova qarşı daha bir təzyiq-İNTİZAM İCRAATINA BAŞLANILDI
“Bu gün səhər tezdən zəng edilərək saat 15:30-da Vəkillər Kollegiyasına gəlməli olduğumu dedilər. Barəmdə intizam icraatı olmadığı halda nə üçün çağırıldığımı soruşdum, səbəbini bildirmədilər”. Bunu tanınmış vəkil Elçin Sadıqov bildirib.
O qeyd edib ki, deyilən vaxtda Vəkillər Kollegiyasında olub. “Bir müddət gözlədildikdən sonra VK Rəyasət Heyətinin iclasına dəvət olundum. Mənə qarşı aqressiya nümayiş etdirildi. Məlum oldu ki, barəmdə “şikayət” yazılıb. Şikayəti 28.06.2019-cu il tarixdə vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Qasımova Kəmalə Elxan qızı şikayət yazıb”.
Şikayətdə deyilir: “Sərdar Qasımov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub, vəkillərin İntizam Komissiyasının üzvü olub. Vəkillik fəaliyyəti göstərdiyi illərdə nüfuz qazanıb, onun bugünlərdə vaxtsız vəfatından ailəmizə və digər qohumlarımıza və onu tanıyanları hədsiz kədərləndirmişdir. Lakin bizim gözümüzün yaşı qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla bizim ailənin və doğmalarının mənəvi sarsıntısını və kədərini daha da artırmışdır. Həmin məlumatlarda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, onun (S.Qasımovu nəzərdə tutur) vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazmışdır. Mən Sərdar Qasımovun həyat yoldaşı kimi deyə bilərəm ki, işində və əməlində həmişə düz olmuş, haqqı nahaqqa verməmiş və obyektiv olmuşdur. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsini xahiş edirəm”.
Elçin Sadıqov öz çıxışında bildirib ki, Facebook profili vəkillik fəaliyyəti ilə bağlı açılmış profil deyil. “Onun şəxsi profil olduğunu, həmin statusda S.Qasımova qarşı heç bir nüfuzdansalıcı ifadə işlətmədiyimi, vətəndaş və vəkil olaraq ifadə azadlığı hüququmun olduğunu, AR Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı yalnız məhkəmələrin səlahiyyətli olduğunu bildirsəm də, barəmdə havadan bir intizam icraatı başlanıldı”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.