Həbsdə olan baş redaktorun işində bir nəfər də tutuldu - bir nəfər isə axtarışdadır

10-07-2019, 18:55           
Həbsdə olan baş redaktorun işində bir nəfər də tutuldu - bir nəfər isə axtarışdadır
Dələduzluqda təqsirləndirilərək, həbs edilən və məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən xanım baş redaktor yenidən hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Onlardan Anar Abıyev və Mehdi Mehdiyevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi və azadlıqdan idilər.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə bu gün baş tutan məhkəmə iclasında məlum olub ki, Anar Abıyev və Mehdi Mehdiyev barəsində axtarış elan edilib.

Onlar məhkəməyə gəlmədiklərinə görə barələrində həbs qərarı çıxarılıb. Bir neçə gün sonra Mehdi Mehdiyev həbs edilib. Anar Abıyev isə hələ də axtarışdadır. Məhkəmə qərara alıb ki, onun barəsində olan cinayət işi ayrıca icraata verilsin və digər şəxslər barəsində məhkəmə istintaqı davam etdirilsin.

Təqsirləndirilən şəxslərdən Elçin Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. O, 2015-ci ildə azadlığa çıxıbmış.

Digər təqsirləndirilən Vüsal Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Hazırda ev dustaqlığında olan Anar Abıyev də dələduzluğa görə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Xatırladaq ki, təqsirləndirilənlərdən Samirə Nəsibova "Ata yolu" qəzetinin baş redaktoru olub. S.Nəsibova bir neçə nəfəri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun cinayət işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadləqdan məhrum edilib.

Xatırladaq ki, Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.