Baş nazir əsgərlərinə qaçmamaq üçün yalvardı: “Centlmen olun!”

22-07-2019, 09:03           
Baş nazir əsgərlərinə qaçmamaq üçün yalvardı: “Centlmen olun!”
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün hərbi hissələrdən birinə etdiyi səfər zamanı maraqlı hadisə yaşanıb.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, səfər əsnasında hərbçilərlə birlikdə nahar edən baş nazir, erməni əsgərlərinə xidmətlərini davam etdirmək, hərbi issədən qaçmamaq üçün sözün həqiqi mənasında yalvarıb.

Hərbi xidmətdə öyrənilən bilik və bacarıqların mülki həyatda da onlara gərək olacağını bildirən Paşinyan, erməni hərbçilərini “vətənə” həvəslə xidmət etməyə, dövlətə “maksimum fayda” verməyə səsləyib. Erməni gənclərinin hərbi xidmətdən yayınmasının yolverilməz olduğunu bildirən Paşinyan, onları centlmen olmağa səsləyib.

Bundan başqa, Paşinyan qeyd edib ki, o, erməni ordusunu regionun ən səmərəli ordusu etməyə çalışır. Lakin bunun üçün erməni ordusu öncə regionun ən ağıllı ordusu olmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.